NAXÇIVAN :

11 Yanvar 2025, Şənbə

Dağıstan Respublikasının rəhbəri: Təyyarənin qəzaya uğraması ilə əlaqədar yardım göstərməyə hazırıq

...

Dağıstan AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar hər cür lazımi yardım göstərməyə hazırdır.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov sosial şəbəkələrdə bildirib.

"Bu qəzada yaxınlarını və əzizlərini itirənlərə səmimi qəlbdən başsağlığı verirəm. Sizinlə birlikdə kədərlənir və dərdinizə şərik oluruq. Xəsarət alanların tezliklə sağalmalarını arzulayıram. Dağıstan qardaş regionlara və onların sakinlərinə hər cür lazımi yardım göstərməyə hazırdır", - Dağıstan rəhbəri qeyd edib.

Nəşr edilib : 25.12.2024 13:18