Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
Sentyabrın 26-da Culfa şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.
Heydər Əliyev prospektində yerləşən parkda Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Aksiya zamanı Vətən müharibəsi şəhidlərinin xatirəsinə 130 ədəd ağac əkilib, ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Anım Gününə həsr olunmuş ağacəkmə aksiyasının məqsədi, həmçinin ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək və təbiətə töhfə verməkdir.
Ağacəkmə mövsümünün başlanması ilə əlaqədar həmin sahədə ağacəkmə fəaliyyəti davam etdiriləcək.
Digər xəbərlər