NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Culfa sakinləri seçkilərdə fəallıq göstərirlər

...

5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsinin Culfa şəhərində yerləşən 32 və 34 saylı seçki məntəqəsində olduq. 32 saylı seçki məntəqəsində seçici sayı 1342, ilk dəfə səs verən isə 23 nəfərdir.  34 saylı seçki  məntəqəsində isə 1475 seçici, ilk dəfə səs verən 20 nəfərdir. Adıçəkilən seçki dairəsinin 32 və 34 saylı seçki məntəqələrində olduq. Seçicilərin fəallıq göstərərək, səsvermə hüququndan istifadə etmələrini gördük. Günün erkən saatlarından etibarən səsverməyə gələn rayon sakinləri seçici siyahısı olan lövhələrdə öz adlarını dəqiqləşdirir, məntəqəyə daxil olur, seçki bülleteni alır, könüllü şəkildə özlərinin istədiyi namizədə səs verirdilər.

Nəşr edilib : 01.09.2024 11:25