Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, 25 sentyabr 2024-cü il tarixdə Culfa rayonunun Göydərə kəndində "Səyyar Gənclər Xidməti" layihəsinin növbəti tədbiri keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkanlardan danışıb. Qeyd edib ki, "Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Məhz buna görə də müxtəlif Dövlət proqramları qəbul edilir, layihələr həyata keçirilir. Bu formatda tədbirlərin keçirilməsi gəncliyin savadlı, dünyagörüşlü, əxlaqlı, vətənpərvər ruhlu olmasında, asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır".
Tədbirdə Azərbaycan Respublikası Gənclər Fondu Naxçıvan filialının direktoru Arzu Qasımov, Vətən müharibəsi iştirakçısı Malik Cəbiyev çıxış edərək layihənin əhəmiyyətini vurğulayaraq gənclərə uğurlar arzulayıblar.
Sonda gənclərin ifasında konsert proqramı, müxtəlif mövzularda təlimlər və həvəskar idman yarışları keçirilib. Fərqlənənlərə müxtəlif hədiyyələr təqdim edilib.
Digər xəbərlər