NAXÇIVAN :

19 May 2025, Bazar ertəsi

Culfa rayonunda yerləşən “Gülüstan” qum-çınqıl yatağı üzrə hərrac keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, mayın 19-da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yer təkinin istifadəyə verilməsi üzrə hərrac təşkil edilib.
Hərraca Culfa rayonu ərazisində yerləşən, sahəsi 10 hektar olan “Gülüstan” qum-çınqıl yatağı çıxarılıb. Başlanğıc qiyməti 20000 (iyirmi min) manat olan hərrac, 24400 (iyirmi dörd min dörd yüz) manatla yekunlaşıb. 
Yataqda yerləşən mineral xammalın 20 il müddətinə qalib olan şirkətin istifadəsinə verilməsi istiqamətində işlərə başlanılıb.
Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi” Qaydalarına uyğun olaraq həyata keçirilib.

Nəşr edilib : 19.05.2025 17:50