Azərbaycan COP29-a uğurla ev sahibliyi edir
15:54 21.11.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşkilatçılığı və məhdud fiziki imkanlı uşaqların iştirakı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Parlaq gələcək yolunda” adlı tədbir keçirilib.
Çıxış edənlər ölkəmizdə uşaqların rifahının yüksəldilməsinin daim diqqət mərkəzində saxlanılmasından, dövlətin xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili, cəmiyyətə inteqrasiyası, onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsindən, əməklərinin qiymətləndirilməsi üçün tədbirlərin görülməsindən bəhs ediblər.
Tədbirin bədii hissəsində uşaqlar şeirlər səsləndiriblər və müxtəlif rəqs nömrələri ilə çıxış ediblər.
Yekunda 23 nəfər sağlamlıq imkanları məhdud uşağa qiymətli hədiyyələr təqdim olunub.
Digər xəbərlər