Ali Məclisin növbədənkənar sessiyasının ilk iclası...
20:29 19.06.2026
0
0
0
İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş yarışda 13 çəki dərəcəsi üzrə 75 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilib. Federasiyanın beynəlxalq dərəcəli hakimləri Arzu Acalova və Bəhriyyə Hüseynova yarışda hakimlik ediblər.
Nəticələrə əsasən qızlar arasında Zəhra Allahverdiyeva (28 kq), Aylin Əlizadə (32 kq), Ləman Bağırova (40 kq), Yasəmən Əliyeva (57 kq), Aynur Xəlilova (63 kq), oğlanda isə Bilal Quliyev (34 kq), Ayaz Əliyev (38 kq), Mətin Salahov (42 kq), Məhəmməd Yusifzadə (46 kq), Vəli Əliiyev (50 kq), Sadiq Quluzadə (55 kq), Əli İsmayılov (66 kq), Elmar Qasımlı (+66 kq) müvafiq çəki dərəcələi üzrə birinci yerə sahib çıxıblar.
Sonda ilk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub.
Digər xəbərlər