NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Cəzaçəkmə müəssisəsində məhkumlar üçün ustad dərslərinə başlanılıb

...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların peşə hazırlığının artırılması məqsədilə ustad dərslərinə başlanılıb.
"Şərq qapısı" xəbər verir ki,  dərslər Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihə çərçivəsində məhkumlara müxtəlif sahələr üzrə, xüsusilə təsviri incəsənət və yaradıcılıq istiqamətlərində peşəkar mütəxəssislər tərəfindən nəzəri və praktik biliklər aşılanır. 
Təşkil olunan bu təşəbbüsün əsas məqsədi məhkumların cəmiyyətə yenidən inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtını səmərəli təşkil etmək və gələcəkdə əmək bazarında faydalı peşə sahibi kimi formalaşmalarına şərait yaratmaqdır. Bununla yanaşı, layihə onların sosial adaptasiyasını gücləndirməyi və təkrar cinayət törətmə riskinin azaldılmasını hədəfləyir.
Bu cür tədbirlər penitensiar sistemdə islahyönümlü fəaliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Nəşr edilib : 25.04.2026 15:02