NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Azərbaycan və Sloveniya XİN başçıları geniş tərkibdə danışıqlar aparıblar - YENİLƏNİB

...

Azərbaycan və Sloveniyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Tanya Fayon geniş tərkibdə danışıqlar aparıblar.

12:00

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın Baş nazirinin müavini, Xarici və Avropa İşləri naziri Tanya Fayon arasında görüş olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan XİN "X"də məlumat yayıb.

Bildirilib ki, səfər Azərbaycan və Sloveniya arasında artan tərəfdaşlığı vurğulayır və yüksək səviyyəli siyasi dialoqun genişləndirilməsində qarşılıqlı marağı əks etdirir.

Nəşr edilib : 17.04.2025 12:45