NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Ceyhun Bayramov isveçrəli həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə məlumatlandırıb

...

Sentyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kasis ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ikitərəfli əlaqələrin əhatə dairəsinin genişlənməsi və məzmunca zənginləşməsində qarşılıqlı yüksək səviyyəli səfərlərin və davamlı siyasi dialoqun rolu əhəmiyyətlidir. Görüşdə Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri barədə məlumat verilib.

Vurğulanıb ki, postmünaqişə dövründə bölgəmizdə mövcud vəziyyət və reallıqlar, mina təhdidləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə qarşı tərəf ətraflı məlumatlandırılıb. Ermənistan qanunvericiliyində Azərbaycana qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətlə silahlanmasının bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu qeyd olunub. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Nəşr edilib : 26.09.2024 09:35