NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Ceyhun Bayramov: Ermənistanla birbaşa dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir

...

Azərbaycanla Ermənistan arasında birbaşa dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir.
"Şərq qapısı"nın məlumatına görə, bunu “TRT World” telekanalına müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, bu gün Ermənistan da daxil olmaqla hər kəs Qarabağın de-yure və de-fakto Azərbaycana məxsus olduğunu qəbul edir, hətta açıq şəkildə elan edir:
“Bu o deməkdir ki, açıq qalan Qarabağ məsələsi yoxdur. Belə olan təqdirdə ortaya sual çıxır ki, Ermənistan niyə hələ də Minsk qrupunu saxlamaqda israr edir? Bilmirəm, bəlkə, bu gələcəklə bağlı planla əlaqəlidir? Əks təqdirdə, biz əsaslı məntiqli bir izah və səbəb görmürük”.

Nəşr edilib : 19.04.2025 15:12