Ali Məclisin deputatları bu tarixlərdə vətəndaşlar...
10:41 23.11.2024
0
0
1
“Azərbaycan ölkə daxilində genişmiqyaslı münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə başlayıb. Bu, yüz minlərlə azərbaycanlının öz evlərinə təhlükəsiz və ləyaqətli qayıtması kimi pozulmuş hüquqlarından istifadə haqqını təmin etmək məqsədi daşıyır”.
"Şərq qapısı" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
“Hökumətin yorulmaz səyləri sayəsində hərbi işğal zamanı misli görünməmiş dağıntıların şahidi olmuş ərazilərə yenidən həyat qayıdır. Təəssüf ki, Azərbaycan ərazilərinin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirkləndirilməsi bərpa və yenidənqurma işlərinin rəvan gedişatına ciddi maneə olaraq qalır. 2020-ci ildə münaqişə bitəndən bəri 377 nəfər, o cümlədən mülki şəxslər minaların qurbanı olub. Bunu nəzərə alaraq, Azərbaycan DİM18, mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər üzrə milli məqsədi təqdim edib. Problemin miqyasını nəzərə alaraq, Azərbaycanın humanitar minatəmizləmə potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına təcili ehtiyac vardır. Fürsətdən istifadə edərək, Azərbaycanda humanitar minatəmizləmə işinə səxavətlə töhfə verən bütün ölkələrə və digər maraqlı tərəflərə təşəkkür edirəm və beynəlxalq dəstək və həmrəyliyin artırılmasına dair çağırışımızı bir daha təkrarlayıram”, -deyə nazir bildirib.
Digər xəbərlər