Ceyhun Bayramov: ATƏT-in Minsk prosesinin bağlanma...
21:33 25.09.2026
0
0
0
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində "Qlobal Cənub və çoxtərəfliliyin gələcəyi" mövzusunda keçirilən "77-lər Qrupu və Çin"in 50-ci Nazirlər Toplantısında çıxış edib.
“Şərq qapısı”nın xəbərinə görə, nazir vurğulayıb ki, inklüziv çoxtərəflilik milli suverenliyin qorunması və inkişaf etməkdə olan dünyada iqtisadi tərəqqinin təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edir.
O, "Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi"nə nail olmaq məqsədilə qlobal idarəetmə strukturlarının islah edilməsi və Şimal-Cənub dialoqunun təşviq edilməsi istiqamətində Azərbaycanın institusional öhdəliyini xüsusi qeyd edib.
Nazir Ceyhun Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Hərəkat ilə "77-lər Qrupu" arasında Birgə Əlaqələndirmə Komitəsinin tarixi şəkildə bərpa olunmasını birgə fəaliyyətin gücləndirilməsində mühüm mərhələ kimi vurğulayıb. O, hədəfli humanitar yardım və potensialın artırılması proqramları vasitəsilə Kiçik Ada Dövlətləri və Ən Az İnkişaf Etmiş Ölkələrlə Azərbaycanın sarsılmaz həmrəyliyini bir daha təsdiqləyib.
Digər xəbərlər