NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktor əvəzi təyin olunub

...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru Mir Qabil Əkbərov teatrın direktor əvəzi təyin olunub.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov müvafiq əmr imzalayıb. 
Xatırladaq ki, teatrın əvvəlki direktoru Rza Xudiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə deputat seçildiyinə görə vəzifəsindən azad olunub.

Nəşr edilib : 25.09.2024 21:31