Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”nın 2-ci t...
18:46 09.09.2026
0
0
0
Mərakeş Krallığının Azərbaycandakı səfirliyinin “Joussour des Arts et de la Créativité” Mərakeş Assosiasiyası ilə tərəfdaşlığı çərçivəsində sentyabrın 10-dan 14-dək Bakıda Mərakeş İrsi Günləri keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan ictimaiyyətinə Mərakeşin zəngin mədəni irsi dəb, fotoqrafiya, musiqi, qastronomiya, ənənəvi sənətkarlıq və turizm vasitəsilə təqdim olunacaq.
Tədbir günlərində Mərakeş mədəniyyətinin rəmzlərindən olan kaftana xüsusi yer ayrılacaq. “Mərakeş kaftanı: Sənət, ənənələr və bacarıqlar” 2025-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Sərgidə, həmçinin Mərakeşin cənub vilayətlərində qadınlara xas ənənəvi geyim – Mlehfa nümayiş etdiriləcək.
Tədbir Mərakeş və Azərbaycan arasında mədəni və insanlararası əlaqələrin daha da möhkəmləndirilməsinə, iki ölkənin zəngin irsinin qarşılıqlı tanıdılmasına xidmət məqsədilə təşkil olunur.
Qeyd edək ki, Mərakeş və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 2024-cü ilin avqustunda iki ölkə arasında vizasız rejim haqqında sazişin qüvvəyə minməsi turizm və mədəni mübadilələr üçün yeni imkanlar yaradıb.
Digər xəbərlər