Azərbaycan-Özbəkistan qərargah danışıqları olub...
19:26 09.09.2026
0
0
0
NAXÇIVAN :
09 Sentyabr 2026, Çərşənbə
“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzası rəhbər tutularaq “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrasını təmin etmək məqsədilə qərara alınıb:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 437, 449, 467, № 9, maddə 1100; 2025, № 9, maddə 879, № 10, maddə 972, № 12 (II kitab), maddələr 1206, 1214, 1242, 1257; 2026, № 3, maddə 262) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatı” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 448, 469, № 7, maddələr 895, 915, № 8, maddə 996, № 12 (I kitab), maddə 1326 (II kitab), maddə 1428; 2025, № 3, maddələr 273, 294, № 7, maddə 707, № 9, maddə 854, № 12 (II kitab), maddə 1257; 2026, № 4, maddə 380, № 5 (II kitab), maddə 474; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 27 iyul tarixli 238 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın 3-cü hissəsinin altıncı abzası ləğv edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 mart tarixli 72 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 3, maddə 283) ilə təsdiq edilmiş “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi”nin 1.3-cü bəndindən “və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin” sözləri çıxarılsın.
Digər xəbərlər