NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Cəbrayılda əmək yarmarkasında konstruksiya quraşdırıcısı və elektrik üzrə vakansiyalar təqdim olunub

...

Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Azfen” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində əmək yarmarkası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayıl rayonunun Horovlu kəndində yerləşən inzibati ofisində keçirilmiş yarmarkada konstruksiya quraşdırıcısı və elektrik üzrə vakansiyalar təqdim olunub.
Aktiv məşğulluq tədbirində vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Bundan başqa, yarmarkaya qatılan şəxslərə agentliyin icra etdiyi məşğulluq proqramları barədə məlumatlar verilib.

Nəşr edilib : 16.03.2026 18:46