DVX: Vergi borclarının idarə olunmasına daha çevik...
18:32 29.09.2026
0
0
0
FIFA prezidenti Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
"Şərq qapısı" xəbər verir ki, 56 yaşlı funksioner bu barədə instaqram hesabında paylaşım edib.
“Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən şərəf hissi duydum. FIFA-ya verdiyi dəstəyə, tarixdə ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalına ev sahibliyinə görə cənab Prezidentə təşəkkür etdim.
Azərbaycan Prezidenti gənclərə imkan yaratmaq və icmaları birləşdirmək baxımından futbolun rolunu gözəl başa düşür. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə futbolun inkişafı layihələrimizi davam etdirərkən Prezident İlham Əliyevin dəstəyini hiss etməkdən məmnunluq duyuram”, - deyə paylaşımda qeyd olunub.
Digər xəbərlər