NAXÇIVAN :

05 Dekabr 2024, Cümə axşamı

Cahit Bağçı: Beynəlxalq Demokratlar Birliyi Azərbaycanın beynəlxalq platformada qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma olacaq

...

“Ayrılığın deyil, inteqrasiyanın və güc birliyinin hökm sürdüyü zəmində Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycanda yeni səyahətə çıxması və yeni komanda ilə işə başlaması mühüm və tarixi addımıdır”.

"Şərq qapısı" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Beynəlxalq Demokratlar Birliyinin (UID) Bakıda yerləşən Türk Ticarət Mərkəzində keçirilən iclasında çıxışı zamanı deyib.

“Türkiyə olaraq beynəlxalq platformalarda üzləşdiyimiz türk düşmənçiliyi ilə o cümlədən irqçilik, müsəlmanlara, məzlumlara, qurbanlara qarşı ikili standartlar və ayrı-seçkiliklə mübarizədə yer alan Türkiyənin Avropadakı bu qurumu, şübhəsiz ki, Azərbaycanın qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma, güc, töhfə olacaq. Bu baxımdan UID-nin burada təşkilatlanmasını və yeni dövrə qədəm qoymasını Azərbaycan üçün dəyərli hesab edirik”, - deyə C.Bağçı bildirib.

Nəşr edilib : 04.12.2024 21:54