NAXÇIVAN :

18 Oktyabr 2026, Bazar

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib

...

“Cahan Holding”ə məxsus “BE Group” markası Baku Expo Mərkəzində keçirilən “Baku Build” sərgisində iştirak edib. “BE Group”un tərkibində olan “BE Pen” ,“Winsa” və “Winlab” markalarının təmsil olunduğu stend sərgidə böyük marağa səbəb olub. Sərgidə iştirak edən sahibkar və təmsilçilər təqdim olunan markalarla tanış olub, ilkin razılıqlar əldə edilib.
Xatırladaq ki, “BE Pen” illik 25 000 ton istehsal gücünə malik "Cahan Sənaye Kompleksi"ndə ən müasir texnologiyalar vasitəsilə istehsal olunur. Onu da qeyd edək ki, keyfiyyəti, funksionallığı və ekologiya dostu olmağı ilə seçilən “BE Pen” dünya standartlarına cavab verir.
Baku Expo Mərkəzində təqdim olunan stenddə Dominant 70, Dominant 60, Renessans 60 PVC profilləri də sərgilənib. Eyni zamanda öz sahəsində dünya şöhrəti qazanmış “Deceuninck”in “Winsa” brendinin ölkəmizdəki rəsmi istehsalçısı olaraq “BE Group” “Winsa” profillərini də “Baku Build” sərgisində təqdim edib.
“Winlab” isə Azərbaycanın ilk rəsmi qapı və pəncərə emalatxanasıdır. Emalatxana avtomatlaşdırılmış yüksək sürət və keyfiyyət prinsipi əsasında işləyir.
Sərgidə “Cahan Holding”in təqdim etdiyi stend detallı təqdimatı, digital həlləri ilə rəqiblərindən seçilib.

Nəşr edilib : 16.10.2026 15:03