Naxçıvanda əlilliyi təyin olan şəxslərin sayı açıq...
20:34 10.01.2025
0
0
0
NAXÇIVAN :
10 Yanvar 2025, Cümə
Mayor Şıxnəbiyev Renat: “Milli Müdafiə Universitetinin nəzdində olan Naxçıvan Hərbi Kollecinin kursantlarına həsr olunmuş “Mübarizlər məktəbi” filminin təqdimatını izlədik. “Mübarizlər məktəbi” filmindən yaranan təəssüratlar yüksəkdir. Hər bir zabit üçün də, kursant üçün də. Burada çalışan hərbi qulluqçularımız ilkin olaraq müxtəlif yerlərdə təhsil alıblar. Təbii olaraq, bu gün burada yetişən kursantları daha tez, daha sürətli vaxtda ərsəyə gətirə biləcəyik. Yəni artıq bu hərbi kolleci bitirmiş şəxslər bir döyüşçü kimi xidmətə başlayacaqlar. Filmdə istifadə olunan döyüş səhnələri məni bir anlığa apardı İkinci Qarabağ müharibəsinə. Orada bizim istər şəhidlərimiz, qazilərimiz və digər döyüşdə iştirak edən hərbi qulluqçularımızla birlikdə özümü həmin kadrlarda hiss etdim. Fürsətdən istifadə edib bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların valideynlərinə Allah səbir versin. Bütün qazilərimizə Allahdan şəfa diləyir, zabit yoldaşlarıma öz xidmətlərində uğurlar və nailiyyətlər arzulayıram. Hərbi kollecə gəlincə, burada istər savad cəhətdən, istərsə də kursantların texnologiyanı öyrənməsi baxımından hərtərəfli şərait yaradılıb. Bir döyüşçünün hazırlanması, təbii ki, birdən-birə ərsəyə gəlmir. İlk olaraq tədris, idman fəaliyyətlərinin kompleks şəkildə birlikdə inkişaf etdirilməsindən ibarətdir. Hərbi kollecin tərkibində yataqxana sistemi, tədris korpusları, yeməkxanası və idman zalının olması bu məqsədlərə çatmağa imkan verib. Bunlarla şəxsən mən özüm yaxından tanış olmuşam. Burada tədris prosesini də izlədim. Bütün kollektiv eyni məqsəd, eyni amal üçün çalışır. Bunların hamısı Azərbaycan Ordusunun daha da inkişaf etməsini özündə ehtiva edir”.
Aidə İBRAHİMOVA
Digər xəbərlər