Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefonla...
20:51 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Müstəqilliyin ilk illərində tikilmiş ilk su elektrik stansiyasının generasiya gücü 4.5 mVtdır. 2006-cı ildə istifadəyə verilən Heydər Əliyev Su Anbarı üzərindəki bu SES kiçik kateqoriyalı stansiya hesab olunmasına baxmayaraq, həmin stansiyanın inşa olunması elektroenergetikanın bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi yönündə ilk tarixi addım adlandırmaq olar.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Heydər Əliyev Su Anbarı üzərindəki SES-in direktoru Tərxan Qafarov deyib.
O qeyd edib ki, stansiya Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti ilə Türkiyə Respublikasının “Cengiz İnşaat AŞ və Aksoy ortaq təşəbbüsü” arasında imzalanmış 19 dekabr 2004-cü il tarixli müqaviləyə əsasən Heydər Əliyev Su Anbarında tikilib, quraşdırılıb. Su anbarının tutumu 100 milyon kubmetrdir. Stansiyada 2 ədəd hər birinin gücü 2 meqavat və 1 ədəd gücü 0,5 meqavat olan hidroturbinlər qoyulub. 2006-cı ilin iyul ayında stansiyada sınaq-sazlama işləri yekunlaşdırılmış və enerjisistemə qoşulmuşdur. Stansiyada istehsal olunan enerjini 35 kV-luq “Şahbuz” elektrik verilişi xəttinə qoşmaq üçün qoyulmuş güc transformatorları, paylayıcı quruluşlar Türkiyə Respublikasının, turbin və generatorlar isə Fransa Respublikasının istehsalıdır. Stansiyanın layihəsi, quraşdırılması, sazlanması ilə əlaqədar görülən işlərin dəyəri tamamilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin elektrik enerjisi satışından topladığı vəsait hesabına ödənilib.
"Stansiyada il ərzində 7 milyon kilovatsaat enerji istehsal edir. İstehsalın
12 milyon kilovatsaata çatdırılması nəzərdə tutulur" , –deyə Tərxan Qafarov əlavə edib.
Digər xəbərlər