NAXÇIVAN :

18 Mart 2025, Çərşənbə axşamı

Bu il NDU-da İnnovasiyalar Mərkəzinin istifadəyə verilməsi gözlənilir

...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na dair məsələlərdə Naxçıvan Dövlət Universitetinin nəzdində ikinci kampusun Tibb kampusu üçün yeni torpaq sahəsi ayrılıb. Əczaçılıq ixtisasının tədris korpusunun inşası (tədqiqat laboratoriyaları ilə birliktə), Tibb fakkültəsi üçün binanın, Tibb fakültəsi üçün 500 nəfərlik konfrans zalının, Tibb kolleci üçün binanın,  Sosial xidmət mərkəzinin, açıq və qapalı idman zalının, 200 çarpayılıq tibbi tədqiqat Klinikasının, 1000 nəfərlik yeni tələbə yataqxanası və 100 nəfərlik  qonaq evinin inşası bu ilin gözlənilən yenilikləridir.
 “Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlərə həsr olunan brifinqdə deyib.
Rektor qeyd edib ki, İngilis dili tibb ixtisasının beynəlxalq akreditasiyasının təşkili yeniliklər sırasındadır. Bu il ərzində Texnologiyalar Parkının, Açıq İdman Kompleksinin, SABAH qrupları üçün SABAH Mərkəzinin, NDU Nəşriyyatın, həmçinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə NDU-nun birgə layihəsi olan İnnovasiyalar Mərkəzinin istifadəyə verilməsi gözlənilir. Kembric Məktəbinin ikinci tədris korpusnun inşasına başlanılması planlaşdırılır.

Nəşr edilib : 17.03.2025 20:53