QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib...
21:22 06.02.2026
0
0
0
NAXÇIVAN :
06 Fevral 2026, Cümə
"Ötən il Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həyata keçirilən mühüm layihələrdən biri məhz Şahbuz rayonunda yerləşən "Qanlıgöl" sututarının suburaxıcı qülləsinin əsaslı təmiridir. Dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən, Naxçıvanın görkəmli tarixi şəxsiyyəti olan Kəlbəli xan Kəngərlinin himayəsi ilə 1864-cü ildə inşa edilmiş bu sututar bölgənin həm içməli, həm də suvarma suyunun təminatında önəmli paya sahibdir. Bu hövzə həm 350 hektar sahənin suvarılmasında, həm də içməli su kapitajlarının qidalanmasında mühüm rol oynayır".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev deyib.
O qeyd edib ki, uzun müddət "Qanlıgöl" sututarının suburaxıcı qülləsində təmir-bərpa işlərinin aparılmaması həmin qüllənin müəyyən hissəsinin yararsız hala düşməsinə səbəb olub ki, bu da müəyyən ərazilərin su təminatında böyük problemlərə yol açıb: "Qlobal səviyyədə baş verən proseslər sututarlarına diqqət yetirməyi vacib sayır. Hər il biz yağıntıların azaldığını müşahidə edirik. Bu il də Naxçıvanda su ilə bağlı həyəcan təbili çalınır. Sututarlarımızda suyun azlığı bizə əsas verir ki, "Qanlıgöl" sututarına bənzər layihələri həyata keçirək. Ümumilikdə, 850 min kubmetr tutumu olan sututarının artıq 830 min kubmetri, yəni, təqribən, 97 faizi dolub, bu da bölgə üçün mühüm əhəmiyyət kəsb edir".
İdarə rəisi vurğulayıb ki, bu gün "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında nəzərdə tutulmuş, böhran vəziyyətindən çıxmağa imkan yaradacaq layihələr vardır. Bu layihələrdən ən mühümü Araz su anbarından Heydər Əliyev su anbarına təzyiqli boru xətti ilə suyun çəkilməsidir. 2025-2027-ci illər üçün Təfsilatlı Tədbirlər Planına əsasən, ümumilikdə, icraçısı olduğumuz alt bəndlər daxil 16 yarımbəndlik tədbirlərin icrası nəzərdə tutulub. Bunlardan artıq 12-nin icrasına başlanılıb. Eyni zamanda 90-na yaxın kənd və qəsəbədə içməli su-kanalizasiya xətlərinin dayanıqlı su mənbələrindən qidalanmasının layihələndirilməsi üçün müqavilə bağlanılıb. Yaxın zamanlarda icrasına başlanılacaq.
Digər xəbərlər