NAXÇIVAN :

07 Yanvar 2025, Çərşənbə axşamı

Bu il də bütün sahələrdə nailiyyətlər qazanılıb

...

Əvvəlki dövrdə olduğu kimi, 2024-cü ildə də ölkə başçısı, Müzəffər Ali Baş  Komandan cənab İlham  Əliyevin rəhbərliyi ilə həmrəyliyimiz sayəsində Azərbaycanda bütün sahələrdə yeni nailiyyətlər əldə edildi. Cənab Prezident beynəlxalq tədbirlərdən ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırdı. İlin ən böyük uğurlarından biri, heç şübhəsiz, COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi idi. Həmin tədbir ərəfəsində bütün dünyanın ürəyi Azərbaycanla döyündü. Prezident cənab İlham Əliyevin konfrans qarşısında qoyduğu hədəflərə nail olundu. Xüsusilə də kiçik ada dövlətlərinin mövqeyinə uyğun qərarların qəbulu COP29-un məqsədinə çatdığını göstərdi. Bu il həm də muxtar respublikamızın 100 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə yadda qaldı. Növbəti ilimizin də uğurlu olacağına əminik. Hər bir azərbaycanlıya 2025-ci ildə də böyük nailiyyətlər arzulayıram.

Rauf CƏFƏROV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 31.12.2024 16:40