NAXÇIVAN :

02 May 2026, Şənbə

Bu il 47 məktəb binasının bərpası başa çatdırılıb

...

Bu il 47 məktəb binasının bərpası başa çatdırılıb.

"Şərq qapısı"nın  xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, ən vacib məsələlərdən biri infrastruktur quruculuğu ilə bağlıdır: “2003-2025-ci illərdə 3600-dən çox məktəb binası tikilib və ya əsaslı təçmir edilib. 2025-ci ildə 47 məktəb binasının bərpası başa çatdırılıb”.

Nəşr edilib : 13.11.2025 12:00