NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Bu gün Şərur rayonunun Şahbulaq kəndində kənd turizminin inkişafı məqsədilə kənd sakinləri ilə maarifləndirici görüş keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları, kənd icra nümayəndəsi və turizmə maraqlı olan kənd sakinləri iştirak ediblər.  Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov  rayonun səfalı  kənd  yaşayış  yerlərindəki  turizm potensialından danışıb. Sonra turizmi departamentinin  sektor müdiri Süleyman Rüstəmov tədbirin əhəmiyyətindən danışaraq muxtar  respublikada turizmin inkişafına  göstərilən dövlət  qayğısını  qeyd  edib.  Çıxış edənlər tərəfindən tədbirdə  iştirak edən vətəndaşların sualları cavablandırılıb. Sonra  turistlərin istirahəti   üçün istifadəyə  verilmiş istirahət  məkanlarına  baxış  olub. Qeyd  edək ki, artıq Şahbulaqda vətəndaşların turistlərə təqdim etdiyi 12-ə qədər belə məkan vardır.

Nəşr edilib : 30.09.2024 16:09