Romada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində k...
22:32 29.04.2026
0
0
0
“Müasir dövrdə informasiya təhlükəsizliyinin təmin edilməsi artıq dövlət idarəetməsinin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Rəqəmsallaşmanın sürətlənməsi, elektron hökumət xidmətlərinin genişlənməsi, bulud texnologiyalarının tətbiqi, eləcə də süni intellekt əsaslı sistemlərin idarəetmədə istifadəsi yeni imkanlarla yanaşı, eyni zamanda daha mürəkkəb və dinamik kibertəhlükə mühitini formalaşdırır”.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən “Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısı”nda çıxışı zamanı Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov deyib.
O qeyd edib ki, bu gün dövlət informasiya resursları təkcə ənənəvi texniki risklərlə deyil, hədəfli kiberhücumlar, sosial mühəndislik cəhdləri, məlumat sızmaları və kritik infrastrukturun fəaliyyətini pozmağa yönəlmiş kompleks təhdidlərlə üz-üzədir.
Belə bir şəraitdə kritik informasiya infrastrukturlarının etibarlı qorunması, dövlət qurumları arasında təhlükəsiz informasiya mübadiləsinin təşkili, insidentlərin operativ aşkarlanması və çevik reaksiya mexanizmlərinin qurulması Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə koordinasiyalı fəaliyyət çərçivəsində strateji əhəmiyyət kəsb edir.
Digər xəbərlər