İran İslam Respublikasının Prezidenti Zati-aliləri...
17:07 27.04.2025
0
0
0
Bu gün Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Forumu keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, forumdan əvvəl Azərbaycan nümayəndə heyəti Özbəkistanın müvafiq qurumlarının rəhbər şəxsləri ilə birgə Daşkənddə Ümummilli Lider Heydər Əliyev meydanını ziyarət edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Milli Məclisin deputatı Azər Allahverənov, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev və digər şəxslər Ulu Öndərin abidəsi önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Digər xəbərlər