NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Bu gün bir tarixi gündür

...

“Bu gün Naxçıvandan şəhid övladlarının və onların ailələrinin “Cahan Şirkətlər Qrupu” MMC və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə işğaldan azad olunmuş Qarabağ torpağına ziyarəti təşkil olunub və səfərə çıxırıq. O torpaqlara gedirik ki bu övladlarımızın ataları o torpaqlarda can qoyub azad ediblər”.
Bu sözləri “Şərq qapısı”na müsahibəsinə “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid baş leytenant Amin Gülməmmədovun atsı Mayis Gülməmmədov deyib.
O qeyd edib ki, bugünkü gün bir tarixi gündür: “Zəfərimizin beşinci ilidir. Qeyd edim ki, beşinci ilə həm də cənab Prezidentimizin tarixi qələbəsi ilə başa vururuq. Ona görə ki, Amerikada imzalanan sülh müqaviləsi bizim şəhidlərimizin qazandığı qələbənin necə böyük əhəmiyyətə malik olduğunu bu gün bizə sübut edir”.
“Bəli, bu gün biz şəhidlərimizin Vətən üçün fəda etdiyi canları hesabına Şuşaya səfər edirik. Şuşaya səfər etməyimizdə ən böyük dəstək duran, maddi və mənəvi təşkilatçılıqda “Cahan Şirkətlər Qrupu” MMC-yə bütün şəhid ailələri adından təşəkkürümüzü bildiririk. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Bu gün siyasi iradəsi qarşısında Zəfəri qazandıran Ali Baş Komandanımız, müzəffər Ordumuzu var eləsin”, – deyə Mayis Gülməmmədov qeyd edib.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 13.08.2025 10:35