NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

Braziliyanın aviasiya rəsmiləri və “Embraer”in heyəti təyyarə qəzası ilə əlaqədar Qazaxıstana gələcək

...

Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Braziliyanın aviasiya rəhbərliyi və “Embraer” şirkətinin nümayəndələrinin dekabrın 27-də Qazaxıstana səfəri gözlənilir.

Bu barədə "Şərq qapısı" Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat verir.

"Nəqliyyat Nazirliyi Azərbaycan hökuməti ilə birgə işləyir. Sabah Braziliyanın aviasiya rəhbərliyi və “Embraer” şirkətinin nümayəndələrinin gəlişi gözlənilir. Tupkaraqan rayonunda yerli miqyaslı texnogen xarakterli fövqəladə vəziyyət rejimi tətbiq edilib", - məlumatda bildirilib.

Nəşr edilib : 26.12.2024 11:13