“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
“Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!”
Onların arzuları yurdlarına bircə dəfə ayaq basıb, bir qurtum suyundan içib, havasını udmaq idi. İllər öz evində yaşayanlar üçün çox tez keçirdi, amma Ağdamdan məcburi köçüb rayonun Çəmənli kəndində çadırda yaşayan, hər gün Ağdamda dünyaya gəldiyi evinin tüstüsünün ərşə qalxdığını görən ağdamlı, Xocalıdan çıxanda hər ailə üzvünü bir təpədə, meşələrin qarlı-boranlı künclərində itirən xocalılı, əsir düşmüş yaxınının Şuşa həbsxanasındakı iniltisini hər gün iliklərində hiss edən laçınlı üçün günün biri bir əsrə bərabər idi. Onlar hər gün soyuq çadırlarda ümidlə yatıb, qaynar vaqonlarda ümidlə oyanırdılar. İllər, beləcə, keçdi. Bir çox yerlərdə yeni yaşayış kompleksləri salınıb məcburi köçkünlər oralara köçürüldü. Çadır şəhərciklərini, qışda soyuq, yayda isti olan vaqonlardakı dözülməz şəraiti Füzulidə Haramı düzündə salınan müasirtipli qəsəbələr əvəz etdi. Amma onların şəraiti yaxşılaşdırılsa da, fikirlər, xəyallar doğma yurdlarında qaldı.
Cıdır düzündə ermənilər yallı gedəndə, Topxana meşəsi baltaya tuş gələndə, Cəbrayıl, Füzuli xarabaya dönəndə, Həkəri lal axanda, Ağdamın ağ günləri qaraya bürünəndə yuxuları qarışdı onların. Çox çətinlik çəkdilər, amma heç vaxt ümidlərini itirmədilər. Çadır şəhərciyində sac qurub lavaş bişirdilər, öz köhnə çadırlarının yanına təzə çadır qurub toy etdilər. İgid oğullar böyüdüb Vətənə qurban etməyə hazırladılar onları. Bu xalq öz Prezidentinə inandı və sonunda dünyaya səs salacaq bir Zəfərə imza atdı. 30 il öncə qanlı-qadalı günlərdə zorla çıxarıldığımız torpaqlara zəfərlə qayıtdıq. İllərlə “Bir gün qayıdıb evimizin qapısını açarıq”, – deyə sandıqda saxlanan açarlar bağlı qıfılları açdı. Hər günü min əsrə bərabər illərin zirvəsinə Qələbə xəbəri taxt qurdu.
Müzəffər Sərkərdə
Bu xalq 44 gündə öz liderini yenidən kəşf etdi. Onu bir siyasət dahisi olmaqla bərabər, mahir bir sərkərdə olduğunu da gördü. Bütün dünya Azərbaycanın Ali Baş Komandanına həsəd apardı. Hətta düşmən dövlətin vətəndaşı belə İlham Əliyev kimi bir Prezident arzusunda olduğunu etiraf etdi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa, Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirən oğula çevrildi. Füzuli Beynəlxalq Hava Limanına enən təyyarədə səslənən “Qarabağa xoş gəlmisiniz!” sözlərini eşidəndə, qələbədən keçən beş ildə Şuşada, Füzulidə, Zəngilanda, Ağdamda, Xocalıda, Xocavənddə aparılan quruculuq işlərini, keçirilən möhtəşəm tədbirləri, öz doğma ocaqlarına birdəfəlik yerləşən ailələrin yanan çırağını, Şuşada qurulan büsatımızı, Zəngilanda dünyaya gələn körpələrimizi, Füzulidə məktəbə tələsən uşaqlarımızın sevincini, Xankəndidə addımlayan Azərbaycan əsgərinin ayaq səsindən qorxuya düşən düşməni görəndə, bir daha əmin olduq Ulu Öndərin bizi ən doğru insana əmanət etdiyinə.
Ata vəsiyyətini yerinə yetirmək şərəfi
“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”, – demişdi Ulu Öndər son çıxışlarında.
Oğluna – gələcəyin liderinə dünyanın heç bir var-dövləti ilə müqayisə edilə bilməyəcək bir xəzinə və ağır bir yük miras qoymuşdu dünyadan köçəndə. Bu miras əvəzolunmaz bir xəzinə idi. Onu qoruyub yaşatmaq isə böyük bir məsuliyyət, güc, əzm, iradə tələb edirdi. Ölkə başçısı həm dünyaya öz siyasi gücü ilə meydan oxuyan bir liderin siyasət meydanındakı ad-sanını, həm də yox olmaq təhlükəsindən xilas edib ayağa qaldırdığı bir dövləti – Azərbaycanı qorumalı, yaşatmalı və Qarabağ kimi ağır bir problemi həll etməli idi. “Yolu doğru olanın yükü ağır olar”, – deyiblər. Bu yükün yolu doğru olduğu kimi, uzun, çətin, keşməkeşli də oldu. Biz bu yolla əl-ələ verib “Zəfər yolu” açdıq. İlk dəfə Prezident seçildiyi gün O, Konstitusiyamıza və müqəddəs “Qurani-Kərim”ə əl basaraq and içmişdi ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Verdiyi sözə sadiq qalan sərkərdə qətiyyəti, əzmi, gücü sayəsində Vətən müharibəsində cəmi 44 günə düşməni həm hərb, həm də siyasət meydanında qarşısında diz çökdürdü, xalqımıza zəfər sevinci yaşatdı, məcburi köçkünlərə, “Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz...” – deyə gözaydınlığı verdi. O, xalqa hər müraciətində işğaldan azad olunan torpaqlarımızın müjdəsini verməklə sözünə, vədinə, andına sadiqliyini göstərdi. Böyük Qayıdışın reallaşdırılması ilə həm də üzərinə götürdüyü mənəvi öhdəlikləri layiqincə yerinə yetirərək Vətən, xalq və Ulu Öndər qarşısındakı müqəddəs borcunu yerinə yetirərək dedi: “Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq...”
Öz müqəddəs borcunu yerinə yetirən cənab İlham Əliyev Azərbaycanın Müzəffər Sərkərdəsi olmaq ünvanınını qazanaraq müstəqil Azərbaycanın Şuşaya səfər edən ilk dövlət başçısı olmaqla yanaşı, suveren və bütöv Azərbaycanın ilk Prezidenti ünvanını qazandı.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər