NAXÇIVAN :

02 May 2026, Şənbə

Böyük Qayıdışın yaratdığı təbəssüm

...

Qarabağ və Şərqi Zəngəzura geri qayıdan sakinlərin iştirakı ilə fləşmob keçirilib.
Fləşmob Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə reallaşıb.
Dövlət Komitəsindən  bildirilib ki, video layihənin əsas ideyası heç bir sözə ehtiyac duymadan, yalnız insan simalarındakı ifadə ilə Böyük Qayıdışın yaratdığı sevinci, saf və gözəl duyğuları çatdırmaqdır. Ağbirçək nənələrin və ağsaqqal babaların illər sonra tapdıqları hüzur, gənclərin gələcəyə olan inamı və uşaqların doğma torpaqdakı qayğısız gülüşləri kadrda əks olunur.

Nəşr edilib : 02.05.2026 11:17