Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb...
09:31 29.11.2024
0
0
0
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində bu gün Azərbaycanın daha dörd cüdoçusu tatamiyə çıxacaq.
"Şərq qapısı" xəbər verir ki, yarışın ikinci günündə 73 kiloqramda Rəşid Məmmədəliyev ekvadorlu Bruno Bermeo, Nəriman Mirzəyev yaponiyalı Tatsuki İşihara ilə qarşılaşacaq.
81 kiloqramda Zelim Tçkayev macarıstanlı Botond Tot, Ömər Rəcəbli isə Vinçenso Pelliqra (İtaliya) / Ruslan Musayev (Qazaxıstan) görüşünün qalibini sınağa çəkəcək.
Qeyd edək ki, turnirin ilk günündə Azərbaycanın qadın cüdoçusu Acelya Toprak (57 kiloqram) bürünc medal qazanıb. Oktyabrın 13-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 14 idmançı ilə təmsil olunur.
Digər xəbərlər