NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Bişkekdə TDT-yə üzv ölkələrin nazirlərinin toplantısı keçiriləcək

...

Oktyabrın 18-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ticarət və iqtisadiyyat nazirlərinin 13-cü iclası keçiriləcək.

Bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, nazirlərin “Türk dünyası 2040 vizionu” və “TDT 2022-2026 strateji sənədi” çərçivəsində bir araya gələcəkləri toplantıda region daxili ticarət, investisiya, logistika, gömrük, həmçinin enerji və diaspor sahəsindəki əməkdaşlıq imkanları müzakirə ediləcək.

Toplantıda Türk dünyasının iqtisadi sahədəki inteqrasiyası üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Türkiyənin TDT-yə üzv və müşahidəçi ölkələrə ixracının ümumi dəyəri 14,2 milyard dollardır.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

Nəşr edilib : 17.10.2024 17:53