NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Bişkekdə TDT-nin Zirvə görüşünün yekunları üzrə 16 sənəd imzalanıb

...

Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə görüşünün yekunları üzrə 16 sənəd imzalanıb və təşkilata sədrlik Qırğızıstana keçib.

Bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev bildirib.

"Sammitin yekunları üzrə Bişkek Bəyannaməsi də daxil olmaqla 16 sənəd imzalanıb", - o qeyd edib.

XİN başçısı bildirib ki, Qırğızıstanın ticari-iqtisadi əlaqələr, nəqliyyat-logistika və təhlükəsizlik sahəsində TDT-nin inkişafı ilə bağlı öz baxışı var: “Biz təşkilatın inkişafı üzrə planların uğurla həyata keçiriləcəyinə ümid edirik”.

Nəşr edilib : 06.11.2024 14:39