Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Culfa Rayon Mədəniyyət Sarayında “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının COP29-la bağlı infosessiyası”na hərs olunmuş tədbir keçirilib.
Tədbir Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova bildirib ki, "Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır".
Daha sonra çıxış edən Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vəli Novruzov qeyd edib ki, "Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir".
Sonda iştirakçılara bukletlər paylanıldı və COP29-la bağlı videoçarx nümayiş etdirilib.
Digər xəbərlər