Miniatür Kitab Muzeyi: Kiçik kitabların böyük dəyə...
09:50 05.02.2025
0
0
1
NAXÇIVAN :
05 Fevral 2025, Çərşənbə
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 100 illik yubileyi münasibətilə əsərlərinin biblioqrafik icmalı keçirilib.
İcmalı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Xalq şairi Nəbi Xəzrinin əsərləri oxucular tərəfindən həmişə sevilib. Onun əsərlərində Vətən sevgisi, Azərbaycan təbiətinə bağlılıq, incə lirik duyğuların tərənnümü aparıcı mövzulardan olub.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair, dramaturq Asim Yadigar “Nəbi Xəzri yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifəsidir” adlı mövzu ilə çıxış edərək bildirib ki, Xalq şairi, ictimai xadim, dövlət mükafatları laureatı Nəbi Xəzri 1940-cı illərdə poeziyaya “Söz”, “Kuzə”, “Yaylıq”, “Xatirələr” və sair şeirləri ilə gəlib. Şairin “Çiçəklənən arzular” adlı ilk şeirlər kitabı 1950-ci ildə çap olunub. Onun “Salxım söyüdlər”, “Vətən və qürbət”, “İllər və sahillər”, “Torpaq sənə and içirəm”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər” və sair kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Nəbi Xəzri özünəməxsusluğu ilə seçilən sənətkarlardandır. Onun dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə – “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, şair Yadulla Zaman Xalq şairi Nəbi Xəzri ilə bağlı xatirələrini paylaşıb, müəllifin kitabxananın fondunda olan kitabları haqqında məlumat verilib.
Sonda “Nəbi Xəzri – 100” adlı sərgiyə baxış olub.
Digər xəbərlər