NAXÇIVAN :

11 Iyul 2026, Şənbə

Bəzi yerlərdə leysan yağacaq, çaylardan sel keçəcək

...

İyulun 11-13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bildirilib ki, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Nəşr edilib : 10.07.2026 17:38