Azərbaycan və Rusiya FHN əməkdaşlığın genişləndiri...
23:15 25.11.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, oktyabrın 31-də STEAM Təlim-Tədris Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında və VII Robot Olimpiadasında qalib olan şagirdlərlə görüş keçirilib.P
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov qalib komandaları təbrik edərək bildirib ki, 15 ölkədən 900-dən çox iştirakçının qatıldığı Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının final mərhələsində komandamızın I yerin qalibi olması böyük uğurdur.
Qeyd olunub ki, Gənclər və İdman Nazirliyinin, Dünya Robot Olimpiadası Assosiasiyasının və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən VII Robot Olimpiadasında 160-dan çox komanda iştirak edib, həmin yarışda da komandamız uğurlu nəticə əldə edərək 3 yerin qalibi olub. Qeyd olunub ki, bu uğurlar muxtar respublikanın ümumtəhsil məktəblərində və STEAM Təlim-Tədris Mərkəzində STEAM tədrisinin uğurlu nəticəsidir.
Elxan Nəcəfov növbəti yarışlarda komanda sayının artırılması və daha yaxşı hazırlaşmağı tapşırıb.
Görüşdə qalib olan komandanın üzvlərinə hədiyyələr təqdim olunub.
Digər xəbərlər