Dəm qazından zəhərlənmə hadisəsinin qarşısını alma...
22:01 16.01.2026
0
0
0
Dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən ənənəvi III beynəlxalq konfrans çərçivəsində “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda növbəti panel müzakirəsi olub.
"Şərq qapısı" xəbər verir ki, Polşadan olan AVIM təmsilçisi Yakub Koreybanın moderatorluğu ilə keçirilən üçüncü panel iclası qeyri-maddi mədəni irsə - aşıq sənətinə, musiqiyə, folklora, şifahi yaddaşa və mədəni ənənələrə həsr olunub.
Bolqarıstan Elmlər Akademiyasının professoru Nadia Boyadjieva, “artXchange Global” təşkilatının direktoru Ornela Ramasauskayte, İordaniya Haşimi Universitetindən professor Moh’d Vahib Ali Hussein və isveçli rejissor Mikael Silkeberq çıxışlarında mədəniyyətin qaçqınlığa məruz qalmış icmaların kimliyini qorumaqda rolu və Qərbi Azərbaycan irsinin dünyaya tanıdılması yolları barədə danışıblar.
Digər xəbərlər