Tarixin izləri ilə abidələrə tutulan güzgü
12:24 18.04.2025
0
0
0
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində işlər davam etdirilir.
"Şərq qapısı" xəbər verir ki, bu istiqamətdə Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması işləri sürətlə aparılır. Hazırda Bənəniyar gölünə 5 kubluq su çəkilişi davam edir. Belə ki, 1700 metr uzunluğunda, diametri 1600 metr olan şüşə liftlin borular çəkiləcək, 3550 metrlik düz, 800 metrlik V kanalı qurğularla birlikdə inşa ediləcək.
Bu borulardan əlavə, kənd üçün (köhnə kanal üçün) su ayırıcılar və 315 millimetr diametrdə olan siyirtmələrdən ibarət su kanalı, kəndin digər tərəfinə isə 627 metr uzunluğunda 1200 millimetr diametrdə su xətti çəkiləcək.
Qeyd edək ki, tikinti işləri tender müsabiqəsində qalib olan "HOVERS GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılır.
Digər xəbərlər