NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Bələdiyyələrin qrant alması ilə bağlı dəyişiklik son oxunuşda təsdiqlənib

...

Milli Məclis Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsasların yaradılmasını son oxunuşda təsdiqləyib.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı “Qrant haqqında” qanuna təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Nəşr edilib : 29.11.2024 12:37