Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
Bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə aparılıb.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, partiyanın 21 nəfər səlahiyyətli nümayəndəsi, 1 nəfər isə maliyyə məsələləri üzrə nümayəndə kimi qeydə alınıb.
Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.
Digər xəbərlər