Xudafərin körpüsünün işğaldan azad olunmasından al...
01:04 18.10.2026
0
0
0
Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Azərbaycana səfəri çərçivəsində oktyabrın 14-də Ağdam şəhərində olub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, səfər çərçivəsində İqor Sergeyenko Ağdam Sənaye Parkının fəaliyyəti, burada yaradılmış istehsal imkanları və sənaye infrastrukturunun inkişafı istiqamətində görülən işlərlə tanış olub. Həmçinin Azərbaycan-Belarus əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrin mövcud vəziyyəti və icra prosesi barədə məlumat verilib.
Görüş zamanı Ağdamda aparılan bərpa-quruculuq işləri, iqtisadi potensialın reallaşdırılması, sənaye sahəsinin inkişafı və qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Digər xəbərlər