Azərbaycanın qadın karateçisi Avropa çempionu olub...
22:02 23.05.2026
0
0
0
Tədbiri giriş sözü ilə Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli açaraq muzeylərin xalqın tarixi yaddaşının qorunmasında və mədəni irsin təbliğində böyük əhəmiyyətindən danışıb, müstəqil dövlətimiz tərəfindən mədəniyyət sahəsinə, xüsusilə də muzeyə göstərilən diqqət və qayğıdan bəhs edib. Həmçinin qeyd edib ki, Bəhruz Kəngərli Muzeyi fəaliyyət göstərdiyi illər ərzində zəngin mədəni irsimizin qorunması və təbliği yönündə mühüm işlər görüb, görkəmli Azərbaycan rəssamı Bəhruz bəy Kəngərlinin həyat və yaradıcılığının öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında səmərəli fəaliyyət göstərib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək Bəhruz Kəngərlinin Azərbaycan təsviri sənətində özünəməxsus yer tutduğunu, onun yaradıcılığının gənc rəssamlar üçün sənət məktəbi, adını daşıyan muzeyin isə yeni nəslin estetik dünyagörüşünün formalaşmasına təsir edən sənət ocağı olduğunu vurğulayıb. Rəssamın əsərlərində yaşayan tarixi hadisələrin, insan talelərinin sənətkarlıqla təsvirindən və rəssamın yaradıcılığının təbliğindən danışıb, realist boyakarın gənc rəssamların yaradıcılığına təsirinin əhəmiyyətindən bəhs edib.
Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva, Lətif Kərimov adına Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova çıxışlarında muzeyin yalnız rəssamın bədii irsini yaşadan məkan deyil, həm də yaradıcı insanların fikir mübadiləsi apardığı mədəniyyət obyekti olduğunu qeyd ediblər.
Bəhruz Kəngərli Muzeyinin baş fond mühafizəçisi Zümrüd Əhmədova “Sənət və tarixin ünvanı – Bəhruz Kəngərli Muzeyi” mövzusunda çıxış edərək məsuliyyət və diqqət tələb edən bu sahənin inkişafı üçün sistemli şəkildə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Tədbirin sonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və tanınmış rəssam Qəhrəman Tağıyev muzey kollektivini yubiley münasibətilə təbrik ediblər.
Digər xəbərlər