NAXÇIVAN :

18 Oktyabr 2026, Bazar

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

...

Birləşmiş Ərəb Əmirlikləri körpülərin qurulmasına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir. Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik.

"Şərq qapısı" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə dövlət naziri Xəlifə bin Şahin Əl-Mərar Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, dövlətlər arasında xüsusi etimad və əməkdaşlıq yaradılmalıdır. Nazir ölkəsinin sülhə və sabitliyə dəstək olduğunu, dialoqu və əməkdaşlığı dəstəklədiyini vurğulayıb.

Nəşr edilib : 15.10.2026 15:49