Naxçıvan-Sədərək magistralında qəza olub, 5 nəfər ...
21:50 12.04.2025
0
0
0
“Ulu Öndərimiz Heydər Əliyevin adına keçirilən bədii yaradıcılıq müsabiqə-festivalı bizim üçün, demək olar ki, bir bayrama çevrilib. Hər dəfə biz Naxçıvana gələndə burada gözəl bir konsert proqramı dinləyirik”.
Bu sözləri jurnalistlərə müsahibəsində Qarabağ Universitetinin İncəsənət fakültəsinin İfaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli deyib.
“İştirakçı olan tələbələr qeyri-ixtisas olsalar da, bu işin öhdəsindən çox gözəl gələ bilirlər. İştirakçıların hər birinə müvəffəqiyyətlər arzulayıram. Onu da qeyd edim ki, hər dəfə bura gələndə paytaxt Bakıdan gəlirdimsə, bu dəfə Xankəndidən gəlirəm. Mən artıq Qarabağ Universitetində fəaliyyət göstərirəm. Deyərdim ki, budəfəki səfərim Naxçıvan Dövlət Universiteti ilə Qarabağ Universiteti arasında əməkdaşlıq kimi də dəyərləndirilə bilər. Səmimi olaraq onu da deyim ki, elə bilirəm həm də Naxçıvan Dövlət Universitetində də çalışıram. Çünki burada çox gözəl ab-hava var. Başda hörmətli rektorumuz Elbrus İsayev olmaqla buranın bütün əməkdaşları bizə çox doğma münasibət bəsləyirlər. Hər kəsə təşəkkür edir, yekun konsertdə iştirakçılara uğurlar arzulayıram”, – deyə Arslan Növrəsli vurğulayıb.
Aidə İBRAHİMOVA
Digər xəbərlər