NAXÇIVAN :

20 Avqust 2026, Cümə axşamı

Ordubad rayonunda yerləşən “Kotam” qırmadaş yatağı üzrə hərrac keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında yer təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil edilib.
"Şərq qapısı" xəbər verir ki, hərraca Ordubad rayon Ordubad bələdiyyəsinin sərhədləri daxilində yerləşən “Kotam” qırmadaş yatağının 2,2 hektar sahəsi çıxarılıb. Başlanğıc qiyməti 49 700 (qırx doqquz min yeddi yüz) manat müəyyən edilən hərrac 68 000 (altmış səkkiz min) manatla yekunlaşıb.
Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.

Nəşr edilib : 20.08.2026 14:30