NAXÇIVAN :

25 Sentyabr 2026, Cümə

BDYPİ hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırıb

...

Payız mövsümündə yağıntı, duman və külək yol şəraitinə təsir göstərərək sürücülər və piyadalar üçün əlavə risklər yaradır. Görmə məsafəsinin azalması və yol örtüyünün sürüşkən olması belə şəraitdə ehtiyatsız davranışın və yol hərəkəti qaydalarının pozulmasının ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.

"Şərq qapısı" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücüləri hava və yol şəraitinə uyğun təhlükəsiz sürət seçməyə, nəqliyyat vasitələri arasında ara məsafəsini qorumağa, qəfil əyləcləmədən və təhlükəli manevrlərdən çəkinməyə çağırıb.

Bildirilib ki, piyada keçidlərinə, yolayrıclarına və təhsil müəssisələrinin ətrafına yaxınlaşarkən sürət əvvəlcədən azaldılmalı, piyadaların hərəkətinə xüsusi diqqət yetirilməlidir.

Sürücülərə səfərdən əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamaq, xüsusilə şüşəsilənlərin, xarici işıq cihazlarının və əyləc sisteminin saz vəziyyətdə olmasına diqqət yetirmək tövsiyə olunub. Təkərlərin mövsümə və yol şəraitinə uyğunluğu da təhlükəsiz hərəkətin vacib şərtlərindən biri kimi qeyd edilib.

Piyadaların da yollarda diqqətli olmalarının vacibliyi vurğulanıb. Onlara yolu yalnız müəyyən edilmiş yerlərdən keçmək, hərəkətə başlamazdan əvvəl yolun hər iki istiqamətini nəzərdən keçirmək və yaxınlaşan nəqliyyat vasitələrinin məsafəsini düzgün qiymətləndirmək tövsiyə edilib.

Qeyd olunub ki, məhdud görünmə şəraitində diqqəti yayındıran davranışlardan, o cümlədən yolu keçərkən mobil telefondan istifadə etməkdən çəkinmək vacibdir.

Nəşr edilib : 25.09.2026 09:51